Eyni mənzili bir neçə nəfərə satanlara cinayət işi açıldı


Digərləri 25 İyl 2018 16:53:00 327 0

Eyni mənzili bir neçə nəfərə satanlara cinayət işi açıldı

Bakıda bir mənzili bir neçə nəfərə satan şirkət rəhbərləri barəsində daha bir cinayət işi başlanılıb.

Son.az report-a istinadən xəbər verir ki, daha əvvəl dələduzluqda təqsirli bilinib, barəsində hökm çıxarılmış "İdeal-V" tikinti şirkətinin direktoru Çingiz Məmmədov, şirkətin təsisçisi və faktiki rəhbəri İsa Məmmədov eyni əməldə ittiham edilir.

Həmin şəxslər bir neçə şəxsə qarşı ümumilikdə 500 min manatdan çox dələduzluq etməkdə təqsirli bilinirlər.

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində, hakim Azad Məcidovun sədrliyi ilə iz üzrə hazırlıq iclası keçirilib.

Prosesdə təqsirləndirilən şəxslərin anket məlumatları dəqiqləşdirilib.