Ərdoğan: "İrandan neftqaz almasaq, ölkəmizi kim isidəcək?"


Dünya 25 İyl 2018 15:30:49 333 0

Ərdoğan: "İrandan neftqaz almasaq, ölkəmizi kim isidəcək?"

"ABŞ necə ki, bizim strateji model ortağımızdırsa, dünyada digər ortaqlarımız da var. Onlarla əlaqələri kəsmək bizim ölkələr arasındakı müstəqillik anlayışımıza tərs düşər".

Son.az APA-ya istinadən xəbər verir ki, bunu Türkiyə prezidenti Rəcəp Tayyip Ərdoğan Cənubi Afrika Respublikasına səfəri öncəsi jurnalistlərin ABŞ-ın İrana qarşı sanksiyalara Türkiyənin də qoşulmasını istəməsi ilə bağlı sualına cavabında deyib.

"Biz həmin ölkələrdən elə məhsullar alırıq ki... Onları almasaq, ölkəmizi kim isidəcək? Biz bunu hörmətli Obamanın dövründə də Amerikaya dedik, indi də eynisini deyirik".