Avtomobil dayanacaqda iki piyadanı vurdu:


Digərləri 25 İyl 2018 15:14:00 263 0

Avtomobil dayanacaqda iki piyadanı vurdu:

Ağsu rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Son.az APA-ya istinadən xəbər verir ki, hadisə bu gün Ağsu-Kürdəmir yolunda, Çiyni kəndinin avtobus dayanacağında qeydə alınıb.

Kürdəmir sakini, 1961-ci il təvəllüdlü Xəlilov Hamlet Əlisəfa oğlu "Mercedes" markalı minik avtomobili ilə hərəkətdə olarkən idarəetməni itirib və maşın yoldan çıxaraq kənardakı dayanacaqda avtobus gözləyən iki nəfər Gəncə sakinini, 1965-ci il təvəllüdlü Əliyev Edvard Fəxrəddin oğlunu və 45 yaşlı Babayev Alim Nəsib oğlunu vurub.

A. Babayev aldığı ağır xəsarətlər səbəbindən hadisə yerində dünyasını dəyişib, Edvard Əliyev isə Ağsu rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

Faktla bağlı Ağsu rayon Polis Şöbəsi tərəfindən araşdırma aparılır.