İrandan piyada gələn Azərbaycan vətəndaşından narkotik tapıldı


Kriminal 25 İyl 2018 14:53:00 242 0

İrandan piyada gələn Azərbaycan vətəndaşından narkotik tapıldı

Biləsuvar Gömrük İdarəsinin "Qoşa Təpə" gömrük postunda İran İslam Respublikasından piyada gələn Azərbaycan vətəndaşı saxlanılıb və üzərində şəxsi yoxlama aparılıb.

DGK-dan Son.az-a verilən məlumata görə, yoxlama zamanı vətəndaşın üst paltarlarının altında, bədəninin bel nahiyəsinə kapron coraba yığılaraq sarınmış vəziyyətdə narkotik vasitələr - 2 bükümdə ümumi xalis çəkisi 480,76 qram olan heroin və 1 bükümdə xalis çəkisi 15,21 qram olan qurudulmuş marixuana, 4 bükümdə isə ümumi xalis çəkisi 201,61 qram olan metamfetamin adlı psixotrop maddə aşkar edilib.