İran Azərbaycandan Qətərə gedən hər yük maşınından alınan 600 dollar rüsumu ləğv edib


Digərləri 25 İyl 2018 14:21:00 379 0

İran Azərbaycandan Qətərə gedən hər yük maşınından alınan 600 dollar rüsumu ləğv edib

İran Azərbaycandan Qətərə kənd təsərrüfatı mallarının daşınması ilə bağlı hər bir yük maşınından alınan 600 dollar məbləğində rüsumu ləğv edib.

Son.az Trend-ə istinadən xəbər verir ki, bunu Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin rəis müavini İbrahim Əliyev sərnişin və yük daşıma sahəsində yeniliklər, problemlər və qarşıda duran vəzifələrə həsr edilmiş konfransda deyib.

İ.Əliyev bildirib ki, Azərbaycan Qətər Dövlətinə əsasən kənd təsərrüfatı məhsulları ixrac edir: "Bu yük daşımaları isə əsasən İran üzərindən həyata keçirilir.