Kamran Əliyev: "Traktor sürücüləri bir sıra hallarda sərxoş olur"


Digərləri 25 İyl 2018 13:41:00 307 0

Kamran Əliyev: "Traktor sürücüləri bir sıra hallarda sərxoş olur"

Kənd təsərrüfatı texnikasınının magistral yollarda hərəkəti ümumi hərəkət üçün təhlükə yaradır.

Son.az Trend-ə istinadən xəbər verir ki, bunu Baş Dövlət Yol Polisi İdarəsinin Yol-Patrul Xidmətinin rəisi Kamran Əliyev deyib.

K.Əliyev bildirib ki, kənd təsərrüfatı texnikasının xüsusilə qoşqularla birgə hərəkət etməsi ciddi təhlükələr törədir: "Təsəvvür edin, traktor hərəkət edir və arxasında kotan. Gecə vaxtı belə traktor hərəkət edərkən arxadan gələn avtomobil yalnız traktoru görür, kotanı görə bilmir. Bu ilin may ayında belə bir traktorun arxasına minik avtomobili çırpıldı və sürücü həlak oldu, sərnişini isə ağır yaralandı".

Xidmət rəisi qeyd edib ki, digər bir problemin də traktorların qoşqularında sərnişin daşınması ilə bağlıdır. O qeyd edib ki, qanunvericiliyə əsasən, traktorların qoşqularında sərnişin daşımaq qadağandır: "Bir müddət əvvəl traktorun aşmaşı nəticəsində neçə nəfər həyatını itirdi. Bu baxımdan təhlükəsizlik məsələlərinə ciddi nəzarət olunmalıdır".