"Sərnişin və yük daşıyan nəqliyyat vasitələrinin xeyli hissəsinin istismar müddəti bitib"


Digərləri 25 İyl 2018 13:43:00 351 0

"Sərnişin və yük daşıyan nəqliyyat vasitələrinin xeyli hissəsinin istismar müddəti bitib"

Azərbaycanda sərnişin və yük daşınmasında iştirak edən nəqliyyat vasitələrinin xeyli hissəsinin istismar müddəti bitib.

Son.az Trend-ə istinadən xəbər verir ki, bunu Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin (DANX) rəis müavini İbrahim Əliyev sərnişin və yükdaşıma sahəsində yeniliklər, problemlər və qarşıda duran vəzifələrə həsr edilmiş konfransda deyib.

İ.Əliyev qeyd edib ki, bu cür nəqliyyat vasitələrinin magistral yollarda istifadə edilməsi yol qəzalarının baş verməsinə səbəb olur.