Suriyada İŞİD-in tərkibində döyüşməkdə təqsirləndirilən azərbaycanlıya hökm oxunub


Sosial 25 İyl 2018 12:24:06 332 0

Suriyada İŞİD-in tərkibində döyüşməkdə təqsirləndirilən azərbaycanlıya hökm oxunub

Rufan Hüseynovun cinayət işi üzrə məhkəmə iclası başa çatıb

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində Suriyada qanunsuz silahlı birləşmələrdə döyüşməkdə təqsirləndirilən Rufan Hüseynovun cinayət işi üzrə məhkəmə iclası başa çatıb.

"Report"un məlumatına görə, hakim Mirzə Xankişiyevin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

Məhkəmənin hökmü ilə o, 8 il müddətinə azadlıqdan məhrum edilib.

İttiham aktına əsasən, R.Hüseynov 2014-2015-ci ildə Suriyada keçirilən qanunsuz silahlı birləşmələrdə keçirilən təlimlərdə iştirak edib. O, İŞİD tərkibində olan "Çeçen caamatı"na qoşulub və orada çalışıb. Daha sonra R.Hüseynov Türkiyəyə qayıdıb və orada saxlanaraq, Azərbaycana deportasiya edilib.

R.Hüseynov elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bildiyini söyləyib.

Qeyd edək, təqsirləndirilən şəxs Dövlət Təhlükəsizlik Xidməti tərəfindən saxlanılıb. O, qanunsuz silahlı birləşmələrdə təqsirli bilinir.