Avtomobildə qanunsuz yolla əldə olunmuş odunlar aşkar edildi, sürücü cərinə olundu (FOTO)


Digərləri 25 İyl 2018 11:59:00 308 0

Avtomobildə qanunsuz yolla əldə olunmuş odunlar aşkar edildi, sürücü cərinə olundu (FOTO)

Avtomobildə qanunsuz yolla əldə olunmuş odunlar aşkar edilib.

Bakı. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşları tərəfindən respublika ərazisində yerli meşə materiallarının qanunsuz yolla əldə edilməsi və daşınması hallarının qarşısının alınması məqsədilə keçirilən reydlər davam etdirilir. Nazirliyin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, reyd zaman Quba rayonu, Əski İqriq kəndi ərazisində “QAZEL” markalı "40-BN-228" dövlət qeydiyyat nişanlı avtomobilin yük yerində qanunsuz yolla əldə edilmiş 3 kubmetr həcmində fıstıq cinsli girdə işlik meşə materialı aşkar olunub.