700 bal toplamış abitureynt seçimindən danışdı


Digərləri 25 İyl 2018 11:51:00 252 0

700 bal toplamış abitureynt seçimindən danışdı

Son.az qəbul imtahanlarında 700 bal toplamış Anar Abıyevin müsahibəsini təqdim edir:

- Anar, bir az özünüz haqqında danışın.

- Mən, Anar Abiyev 2001-ci il iyun ayının 3-də Lerik rayonunda anadan olmuşam. 2007-ci ildə 34 nomrəli məktəbdə birinci sinfə getmişəm, 2008-ci ildən isə 297 nömrəli tam orta məktəbdə oxumuşam.

- Qəbul imtahanında göstərdiyin uğura görə kimə təşəkkür edərdiniz?

- Göstərdiyim nəticəyə görə ilk növbədə məktəbdə mənə savad verən müəllimlərimə, "Zəfər" kursu kollektivinə, valideynlərimə və bacıma təşəkkür edirəm.

- Anar, ali məktəblər arasında niyə məhz Bakı Ali Neft Məktəbini (BANM) seçdiniz?

- BANM-da yaradılmış yüksək şərait, ingilis dilində müasir tədris, həmçinin xarici universitet və şirkətlərlə geniş əlaqələri məni bu Ali Məktəbi seçməyimə öz təsirini göstərən amillərdir.

- Boş vaxtlarınız olduğu zaman nə etməyi sevirsiniz?

- Boş vaxtlarımda bədii kitablar oxuyuram, basketbol oynayıram, açıq havada piyada gəzirəm.

- Niyə I qrupa üstünlük vermisiniz?

- Birinci qrupun fənlərinə uşaq yaşlarımdan həvəsim olub. Həm də bu fənləri öyrəndikcə məhz bu istiqamətdə uğurlar əldə edə biləcəyimə inanmışam.

- Sizcə, müasir dövrdə parlaq gələcəyi olan ixtisas hansıdır?

- Demək olar ki, bütün sektorlarda her şey avtomatlaşmaya doğru gedir. Bu səbəbdən fikrimcə, "Proseslərin avtomatlaşdırılması mühəndisliy" ixtisası parlaq gələcəyi olan ixtisaslardandır.