"İlin ən yaxşı təklifi" Kasko Butik oldu


Digərləri 25 İyl 2018 11:40:00 346 0

"İlin ən yaxşı təklifi" Kasko Butik oldu

Yarandığı qısa müddət ərzində sürücülərin və avtomobil sahiblərinin rəğbətini qazanan Kasko Butik layihəsi 21-22 iyul tarixlərində Azərbaycanda 15-ci dəfə təşkil olunan Qafqaz Motor Şouda iştirak edib. Azərbaycanın dilbər guşələrindən olan Qəbələ şəhərində təşkil olunan sərgiyə 2 gün ərzində yüzlərlə ziyarətçi baş çəkib. Kasko Butik komandası sərgidə hər kəsi maraqlandıran suallara cavab verməklə yanaşı bir sıra ziyarətçiləri hədiyyələrlə sevindirib.

Gecənin sonunda isə sevinən tərəf Kasko Butikin özü olub. Belə ki, avtomobil sektorunda təqdim edilən nüfuzlu ''Qızıl çarx'' mükafatına ''İlin təklifi'' nominasiyasında Kasko Butik layiq görülüb. 

Məlumat üçün bildiririk ki, ötən ilin sonlarında ''Öz ölçünü seç'' devizi ilə fəaliyyətə başlayan Kasko Butik bir sıra inqilabi yeniliklər etməklə, qısa müddətdə yüzlərlə sürücünün sevimli brendinə çevrilib. Xüsusilə də: 

zərərin 59 dəqiqə ərzində ödənilməsi;

sürücülərin taksi xidməti ilə təmin olunması; 

pulsuz evakuasiya; 

təmir məntəqəsinin sürücünün özü tərəfindən seçilməsi;


Xəbərə aid fotolar