Türkiyə bütün dünyanı heyrətləndirdi VİDEO FOTO


Digərləri 25 İyl 2018 11:28:00 235 0

Türkiyə bütün dünyanı heyrətləndirdi  VİDEO  FOTO

Türkiyənin İstanbul şəhərində dünyanın ən böyük hava limanı inşa olunur.

Şəhərdə üçüncü olacaq bu hava limanı ildə 90 milyon sərnişinə xidmət göstərəcək.

Son.az bildirir ki, hazırda rekord Pekindəki beynəlxalq hava limanına məxsusdur. Bu hava limanı ildə 86 milyon sərnişinə xidmət göstərir.

İstanbulda tikilən yeni hava limanı (İstanbul Grand Airport, İGA) Arnavutköy bölgəsindən gələn yollarla Çatalca arasında, Terkos gölünün sahilində yerləşir.

Tikinti meydançasının ümumi sahəsi 7659 hektardır.

İGA ilə Atatürk hava limanı arasındakı məsafə 35 kilometrdir. Tikinti meydançasının ərazisində olan köhnə, istismarı başa çatmış daş kömür mədənlərinin hamısı doldurulub.

İGA ilə İstanbulun mərkəzini bir neçə metro xətti birləşdirəcək. Xətlərdən biri M2 marşurutu ilə "Qayrettepe" stansiyasına, digəri isə "Marmaray"la "Halkalı"ya qədər uzanacaq.

Tikinti ərazsindəki 1436798 ağac çıxarılaraq başqa ərazilərdə yenidən əkilib.


Xəbərə aid fotolar