Minik avtomobilinin sürücüsü “BakuBus” avtobusu üçün qəza şəraiti yaratdı (VİDEO)


Digərləri 25 İyl 2018 11:21:00 247 0

Minik avtomobilinin sürücüsü “BakuBus” avtobusu üçün qəza şəraiti yaratdı (VİDEO)

Minik avtomobilinin sürücüsü “BakuBus” avtobusu üçün qəza şəraiti yaradıb.

Bakı. “BakuBus” MMC-yə məxsus daha bir avtobusun yolunda təhlükəli vəziyyət qeydə alınıb. Şirkətdən Trend-ə verilən məlumata görə, 1 nömrəli marşrut xətti üzrə “28 May” metrostansiyasının qarşısından “Neftçilər” metrostansiyası istiqamətində hərəkət edən “BakuBus” MMC-yə məxsus avtobusun yoluna qəflətən minik avtomobili çıxıb. Yol-hərəkət qaydalarını kobud şəkildə pozan minik avtomobilinin sürücüsü avtobus üçün qəza şəraiti yaradıb. Bu zaman avtobusun sürücüsü baş verə biləcək qəzanın qarşısını almaq üçün əyləcdən istifadə edib. Nəticədə avtobusun sərnişini Nataliya Vladimirovna yıxılıb. Hadisə avtobusun təhlükəsizlik kameraları vasitəsilə qeydə alınıb. N.Vladimirovna “BakuBus” MMC-yə etdiyi müraciəti nəzərə alınaraq, avtobusda yıxılmasının səbəbləri barədə məlumatlandırılıb.