Suriyada partlayışı həyata keçirə bilməyən terrorçu-kamikadze saxlanılıb - YENİLƏNİB


Dünya 25 İyl 2018 11:12:00 302 0

Suriyada partlayışı həyata keçirə bilməyən terrorçu-kamikadze saxlanılıb - YENİLƏNİB

İki terrorçu-kamikadze öldürülüb, onların bombalı kəmərləri zərərsizləşdirilib

Suriyanın cənubunda yerləşən Es-Suveyda vilayətinin qubernatoru partlayışı həyata keçirə bilməyən terrorçu-kamikadzenin saxlanıldığını bildirib.

"Report" "RİA Novosti"yə istinadən xəbər verir ki, vali Əmir əl-Aşi həmçinin iki terrorçu-kamikadzenin öldürüldüyünü, onların bombalı kəmərlərinin zərərsizləşdirildiyin burğulayıb.

Onun sözlərinə görə, Es-Suveyda şəhərində hazırda təhlükəsizlik tam təmin olunub, vəziyyət sakitdir.

***10:44

Suriyanın cənubunda yerləşən Es-Suveyda şəhərində törədilən terror aktı nəticəsində 38 nəfər ölüb. 30-dan çox yaralı var.

"Report" "RİA Novosti"yə istinadən xəbər verir ki, yerli polis hadisənin terrorçu-kamokadzenin özünü bazarda partlatması nəticəsində baş verdiyini bildirib.

Bununla yanaşı, Suriya ordusu İŞİD terrorçu qruplaşmasının iki kamikadzesini partlayışı törətməzdən əvvəl zərərsizləşdirə bilib.

Bundan əlavə, şəhər yaxınlığında yerləşən Duma kəndinin sakinləri yaşayış məntəqəsinə hücum etməyə çalışan yaraqlılardan dördünü öldürüb.