Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi 25 milyon manat dəyərində əmlak üzərinə həbs qoyub


Digərləri 25 İyl 2018 11:01:00 373 0

Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi 25 milyon manat dəyərində əmlak üzərinə həbs qoyub

Korrupsiya cinayəti işləri üzrə 25 milyon manat dəyərində əmlak üzərinə həbs qoyulub.

Son.az Trend-ə istinadən xəbər verir ki, bunu Azərbaycan Baş prokurorunun müavini - Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin rəisi Kamran Əliyev qurum tərəfindən korrupsiyaya qarşı mübarizə sahəsində 2018-ci ilin I yarısında görülmüş işlərlə bağlı mətbuat konfransında deyib.

K.Əliyev qeyd edib ki, məhkəmələrə göndərilmiş cinayət işləri üzrə 51 milyon 194 min manat məbləğində maddi ziyandan ibtidai araşdırma mərhələsində 16 milyon 578 min manat və ya 32,5% ödənilməsi təmin edilib: