"Tikinti şirkətlərinin rəhbərlərinə xəbərdarlıq edilib" Kamran Əliyev


Digərləri 25 İyl 2018 10:52:00 297 0

"Tikinti şirkətlərinin rəhbərlərinə xəbərdarlıq edilib"  Kamran Əliyev

Tikinti şirkətlərində qeyri-rəsmi çalışan 260-a yaxın işçi ilə əmək müqavilələrinin bağlanması təmin edilib.

Son.az Trend-ə istinadən xəbər verir ki, bunu Azərbaycan Baş prokurorunun müavini - Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin rəisi Kamran Əliyev qurum tərəfindən korrupsiyaya qarşı mübarizə sahəsində 2018-ci ilin I yarısında görülmüş işlərlə bağlı mətbuat konfransında deyib.

K.Əliyev bildirib ki, hesabat dövründə Baş İdarə tərəfindən Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən imzalanmış "Tikinti sahəsində qeyri-rəsmi əmək münasibətlərinin qarşısının alınması ilə bağlı nəzarətin gücləndirilməsinə dair tədbirlər haqqında" 28 aprel 2017-ci il tarixli fərmana uyğun olaraq, bu sahədə vətəndaşların əmək hüquqlarının pozulmasına yönəlmiş qanunsuz hərəkətlərə qarşı Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin Əmək Münasibətlərinin Monitorinqi Mərkəzi ilə birgə ən ciddi mübarizə tədbirlərinin davam etdirilib.