Azərbaycanda 184 şəxs barəsində 115 korrupsiya işi məhkəmələrə göndərilib


Digərləri 25 İyl 2018 10:36:00 258 0

Azərbaycanda 184 şəxs barəsində 115 korrupsiya işi məhkəmələrə göndərilib

Bu ilin 6 ayında 184 şəxs barəsində 115 korrupsiya cinayəti işinin istintaqı tamamlanaraq baxılması üçün aidiyyəti məhkəmələrə göndərilib.

Son.az Trend-ə istinadən xəbər verir ki, bunu Azərbaycan Baş prokurorunun müavini - Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin rəisi Kamran Əliyev qurum tərəfindən korrupsiyaya qarşı mübarizə sahəsində 2018-ci ilin I yarısında görülmüş işlərlə bağlı mətbuat konfransında deyib.