Qarabağ Çempionlar Liqasının II təsnifat mərhələsində ilk matçına çıxacaq


İdman 25 İyl 2018 10:32:00 281 0

Qarabağ Çempionlar Liqasının II təsnifat mərhələsində ilk matçına çıxacaq

Bu gün "Qarabağ" UEFA Çempionlar Liqasının II təsnifat mərhələsində ilk oyununu keçirəcək. Goal.az xəbər verir ki,  Azərbaycan çempionu səfərdə Albaniyanın "Kukesi" komandası ilə üz-üzə gələcək. Ağdam təmsilçisi I təsnifat mərhələsində Sloveniya "Olimpiya"sını mübarizədən kənarlaşdırıb. Səfərdə rəqibini 1:0 hesabı ilə məğlub edən Qurban Qurbanovun yetirmələri evdə 0:0 hesabı ilə heç-heçə edərək, növbəti raunda yüksəlib. Albaniya klubu isə iki oyunun nəticəsinə görə Malta "Valletta"sını mübarizədən kənarlaşdırıb (0:0, 1:1). 

Ağdam təmsilçisi bu matçda itki ilə çıxacaq. Komandanın aparıcı futbolçularından Dani Kintana zədə səbəbindən qarşılaşmada iştirak edə bilməyəcək.

Bu duelin qalibi növbəti mərhələdə BATE (Belarus) – HİK (Finlandiya) cütünün güclüsü ilə qarşılaşacaq. Mübarizəni dayandıran klub isə Avropa Liqasının III təsnifat mərhələsində "Torpedo" (Kutaisi, Gürcüstan) - "Vikinqur" (Farer adaları)cütünün qalibi ilə üz-üzə gələcək.

Çempionlar Liqası

II təsnifat mərhələsi, ilk oyun

25 iyul

21:00. “Kukesi” (Albaniya) – “Qarabağ” (Azərbaycan)

Baş hakim: Ola Hobber Nilsen

Baş hakimin köməkçiləri: Tom Harald Qronevik, Qeyr Oskar İsaksen

Dördüncü hakim: Kay Erik Stin (hamısı Norveç) 

Hakim-inspektor: Xuan Antonio Fernandes Marin (İspaniya) 

UEFA nümayəndəsi: Roy Katkart (Şimali İrlandiya)

Şkoder. Loro Boriçi stadionu