30 yaşlı qadını ortağı maşınında öldürdü


Dünya 25 İyl 2018 10:22:00 303 0

30 yaşlı qadını ortağı maşınında öldürdü

İstanbulun Eyüpsultan rayonunda 30 yaşlı Qamze Ceylan birlikdə zərgərlik mağazası açmaq və iş qurmaq üçün 600 min lirə aldığı iddia edilən ortağı tərəfindən qətlə yetirilib.

Son.az Milliyet-ə istinadən xəbər verir ki, İzmirdə yaşayan Qamze Ceylan bir müddət öncə tanış olduğu Hakkı D. ilə ortaq iş qurmaq qərarı verib.

İzmirdə açılacağı planlaşdırılan mağaza üçün Hakkı D. 600 min lirə (Təxminən 250 min manat) pul göndərib. Ancaq mağazanın açılması gecikib. Hakkı D. ortağı Qamze Ceylanı İstanbula çağırıb. Cütlük bir kafedə görüşüb. Ceylan bir az zamana ehtiyacı olduğunu söyləyib. Sonra cütlük avtomobilə minərək ərazidən uzaqlaşıb.


Xəbərə aid foto