Ən erotik müğənni ölüm ayağındadır VİDEO – FOTO
Digərləri 25 İyl 2018 10:25:00 344 0
Məşhur amerikalı müğənni və aktrisa Demi Lovato həddən ziyadə heroin qəbul edəndən sonra huşunu itirib və hospitala aparılıb.
Son.az TMZ-yə istinadən bildirir ki, "Dünyanın ən erotik müğənnisi" titullu 25 yaşlı Demi Lovato ABŞ-ın Los-Anceles şəhərinin "Hollywood Hills" səmtində 8 milyon dollarlıq villada yaşayır.
Onun evinə çağırılmış təcili yardım heyəti Lovatonu yerdə uzanmış vəziyyətdə, huşsuz halda görüb.
Paramediklər dərhal "Narcan" preparatından istifadə edərək müğənnini "Cedars-Sinai Medical Center" hospitalına aparıblar. Hazırda onun durumu kritik olaraq qalır.
Bazar günü Kaliforniyadakı "Mid-State Fair"də çıxış edərək "Sober" mahnısını oxuyan Lovato qəflətən mahnının sözlərini unudub.
Lovatonun cümə axşamı Atlantik-Sitidə planlaşdırılan konserti təxirə salınıb.
FOX TV telekanalı isə Lovatonun baş rollardan birində oynadığı "Beat Shazam" serialının yeni seriyasının nümayişini təxirə salıb.