Samsung AddWash paltaryuyan maşınlarının AddDoor qapısı – böyük işlərin kiçik köməkçisi


Digərləri 25 İyl 2018 10:10:00 296 0

Samsung AddWash paltaryuyan maşınlarının AddDoor qapısı – böyük işlərin kiçik köməkçisi

1910-cu ildə Alvi Fişer müasir mexaniki paltaryuyan maşın prototipini icad etdiyində bununla dünya qadınlarına seçim azadlığı bəxş edəcəyini bilmirdi.

Yorucu və uzun paltaryuma prosesindən azad olan qadınlar özlərinə daha çox vaxt ayırmaq imkanı qazanaraq, müvəffəqiyyətli alim, yazıçı və mühəndis kimi bir çox sahələrdə özlərini reallaşdıra biliblər.

Bu gün Fişerin işini layiqincə davam etdirən Samsung, AddWash  kimi yeni multifunksional paltaryuyan maşınlar xəttini yaradaraq, qadınlarının qeydinə qalır. AddWash paltaryuyan maşınının xüsusi konstruksiyası olan AddDoor  - əlavə "qapaq", sizə yuma prosesinin istənilən mərhələsində paltar və ya kondisionerdən istifadə imkanı yaradır. Sadə sözlə desək, yuyulmanın hansı mərhələdə olmasından asılı olmayaraq: yaxalama və ya  yuma, siz istənilən anda paltaryuyan maşına paltar əlavə edə bilərsiniz. Hətta sevimli donunuzu əl ilə yuduqdan sonra, sıxılması üçün ümumi paltarların içinə əlavə edə bilərsiniz. Bunun üçün, sadəcə, pauza düyməsini sıxaraq, əlavə qapını istifadə etməniz yetərlidir. AddDoor qapağı əsas qapının üzərində yerləşdiyi üçün onu istifadə etdiyimiz zaman suyun axıdılmasına ehtiyac qalmır. Yığcam ölçülü mətbəxlərdə və azyaşlı uşaqlar olan evlərdə paltaryuyan maşının qapağını açıq qoyaraq onu havalandırmaq imkanı olmadığı halda, siz asanlıqla AddDoor qapağından istifadə edə bilərsiniz. Onun sayəsində mətbəx ərazisində maneəsiz hərəkət edə bilər və uşaqlarınızın təhlükəsizliyindən daim əmin ola bilərsiniz. Samsung Add Wash paltaryuyan maşınları, həmçinin EcoBubble aktiv köpük generatoru, inventor mühərriki və intensiv yuma rejimi olan Super Speed ilə təchiz olunublar. EcoBubble sayəsində yuyucu toz aktiv köpüyə çevrilir, köpük isə parça daxilinə keçərək, ləkələri daxildən yox edir və paltarı sadəcə yumur, onu ləkələrdən yuyub, təmizləyir.

SamsungAddWash-un invertor mühərriki üzün müddətli istifadənin təminatıdır. Belə bir motor, firlanma sürətinin tənzimlənməsi və tələb olunan dövriyyənin tezliyinin qorunub saxlanmasını təmin edir. Onların əsas üstünlüyü isə adi mühərriklərdən fərqli olaraq, invertor mühərriklərinin elektrik enerjisini daha az istifadə etməsidir.