1874dən Sizi düşünən bank!


Digərləri 25 İyl 2018 10:20:00 263 0

1874dən Sizi düşünən bank!

24 iyul ölkənin birinci bankı olan Kapital Bank-ın yaranması günüdür. Bu münasibətlə Kapital Bank-ın bütün filiallarında müştərilərə şirniyyat paylanılıb, Mərkəz filialında isə bayram ab-havası təşkil edilib, musiqiçilər dəvət olunub. Filiala gələn müştərilərə müxtəlif şirniyyatlar verilib, həmçinin onlar xüsusi stenddə şəkil çəkdiriblər.

Məlumat üçün bildirək ki, Azərbaycan Əmanət Bankının hüquqi varisi olan Kapital Bank-ın ilk xidmət məntəqəsi 1874-cü ildə Bakıda əmanət kassası kimi yaradılıb. İlk əmanət kassaları Rusiya Dövlət Bankının Bakı şəhər şöbəsinin tərkibində fəaliyyət göstərirdi. Şöbənin icraçı rəhbəri İvan Samsonoviç Xandojevski idi. Uçot Komitəsinin tərkibində isə Hacı Zeynalabdin Tağıyev, Hacı Baba Haşımov, Hacı Şıxəli Dadaşov kimi tanınmış azərbaycanlılar da təmsil olunurdu. Azərbaycan Demokratik Respublikası elan edildikdən sonra 30 sentyabr 1919-cu ildə Azərbaycanda Dövlət Bankının açılışı oldu, 1 dekabr 1919-cu ildə əmanət kassalarının fəaliyyəti də bərpa edildi. 1920-ci ilin 28 aprelində ADR-in süqutunun ardınca Azərbaycan İnqilab Komitəsinin 9 iyun 1920-ci il tarixli qərarı ilə Rusiya Dövlət Bankının Bakı şöbəsi ləğv edildi. 1924-cü ilin yanvarında Azərbaycanda SSRİ Dövlət Bankının tərkibində fəaliyyət göstərən dövlət əmək əmanət kassaları yaradıldı. 1988-ci ildə həmin kassalar SSRİ Əmanət Bankının Azərbaycan Respublikası Bankına çevrildi.