Kənd Təsərrüfatı Nazirliyi yanında yaradılan qurumların siyahısına yeni xidmət əlavə edildi


Digərləri 25 İyl 2018 10:02:00 240 0

Kənd Təsərrüfatı Nazirliyi yanında yaradılan qurumların siyahısına yeni xidmət əlavə edildi

Azərbaycanda Baş Dövlət Texniki Nəzarət Xidmətinin Aparatı Kənd Təsərrüfatı Nazirliyi yanında yaradılan qurumların siyahısına əlavə edilib.

Son.az Trend-ə istinadən xəbər verir ki, bununla bağlı Nazirlər Kabinetinin "Dövlət orqanlarının aparatının (və ya onların fəaliyyətini təmin edən qurumların) və onun bölmələrinin adlarının təsdiq edilməsi barədə" qərarında dəyişikliklər edilib.

Bu dəyişikliklərə əsasən, "Dövlət orqanlarının aparatının (və ya onların fəaliyyətini təmin edən qurumların) və onun bölmələrinin adları"na Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Baş Dövlət Texniki Nəzarət Xidmətinin Aparatı adlı qurum da əlavə edilib.