Bakıda kişi naməlum şəxs tərəfindən bıçaqlanıb


Kriminal 25 İyl 2018 08:40:00 234 0

Bakıda kişi naməlum şəxs tərəfindən bıçaqlanıb

Yasamal rayonunda dava zamanı bir nəfər ağır xəsarət alıb.

Son.az report.az-a istinadən bildirir ki, hadisə Qələbə dairəsi kimi tanınan ərazidə baş verib.

Belə ki, 1974-cü il təvəllüdlü Ədalət Həmidov naməlum şəxslə əlbəyaxa dava edib. Nəticədə o bıçaqlanıb.