Bakıda polis leytenantı bıçaqlanıb


Kriminal 25 İyl 2018 08:12:00 244 0

Bakıda polis leytenantı bıçaqlanıb

Nəsimi rayonunda kafedə dava zamanı iki nəfər bıçaq xəsarətləri alıb.

Son.az report.az-a istinadən bildirir ki, hadisə Nihat kafesində baş verib.

Belə ki, 22 yaşlı Abdullayev Nazir Xəqani oğlu kafedə mübahisə edib. O, 24 yaşlı İsgəndərli Seymur Ədalət oğlu ilə əlbəyaxa dava edib.

Dava zamanı S.İsgəndərli bıçaqlanıb. S.İsgəndərli N.Abdullayevə müqavimət göstərərkən onun ayağına xəsarət yetirib.