Piyadanın vurulması ilə nəticələnən yol qəzası baş verib


Digərləri 25 İyl 2018 08:19:00 291 0

Piyadanın vurulması ilə nəticələnən yol qəzası baş verib

Dünən günorta saatlarında Cəlilabadda piyadanın vurulması ilə nəticələnən yol qəzası baş verib.

Son.az report.az-a istinadən bildirir ki, hadisə şəhər ərazisində qeydə alınıb. Belə ki, şəhər sakini 2006-ci il təvəllüdlü İmanov Məhəmməd Faiq oğlu minik avtomobili tərəfindən vurulub. Yaralı xəstəxanaya gətirilərək, ona ilkin tibbi yardım göstərilib.

Faktla bağlı araşdırma aparılır.