Robot tarakanlar aviamühərrikləri təmir edəcək
Digərləri 25 İyl 2018 07:35:00 226 0
Böyük Britaniyanın "Rolls-Royce" şirkəti nasazlıqların aşkarlanması və aradan qaldırılması üçün aviamühərriklərin daxilinə quraşdırılacaq miniatür robot tarakanlar hazırlayıb.
Son.az AZƏRTAC-a istinadən bildirir ki, layihə Britaniyada "Farnborough" aviasalonunda təqdim edilib. Mühəndislərin sözlərinə görə, texnologiya mühərrikin vəziyyətinin monitorinqini sürətləndirməyə imkan verəcək, eləcə də, təmir məqsədilə onun hər dəfə çıxarılmasına ehtiyac qalmayacaq.
Mütəxəssis Ceyms Kell bildirib ki, mühərrikin adi yoxlanışı üçün 5 saat tələb olunur, bu kiçik robotlarla isə 5 dəqiqə lazım gələcək.
Mənbə: milli.az