Venesuelada inflyasiya ilin sonuna kimi 1 milyon faizə çatacaq


Digərləri 25 İyl 2018 07:07:00 317 0

Venesuelada inflyasiya ilin sonuna kimi 1 milyon faizə çatacaq

Venesuelada 2018-ci ilin sonunda inflyasiyanın səviyyəsi 1 milyon faiz olacaq.

Son.az xəbər verir ki, bu haqda Beynəlxalq Valyuta Fondunun Qərb yarımkürəsində iqtisadi situasiya haqqında hesabatında deyilir.

"Biz Venesuelada 2018-ci ilin sonuna kimi inflyasiyanın bir milyon faizə qədər artmasını proqnozlaşdırırıq. Bu onu göstərir ki, Venesuelada 1923-cü ildə Almaniyada və ya 2000-ci illərin sonunda Zimbabvedə yaranmış vəziyyətə oxşar vəziyyət yaranacaq", - sənəddə qeyd edilir.

Fond vurğulayır ki, Venesuela dərin iqtisadi və sosial böhrandadır. 2018-ci ildə ölkənin ümumi daxili məhsulun təxminən 18 faiz azalacağı gözlənilir.