Bakıda orta yaşlı kişi naməlum şəxs tərəfindən bıçaqlanıb


Sosial 25 İyl 2018 06:28:33 258 0

Bakıda orta yaşlı kişi naməlum şəxs tərəfindən bıçaqlanıb

Yaralı xəstəxanaya yerləşdirilib

Yasamal rayonunda dava zamanı bir nəfər ağır xəsarət alıb.

"Report"un xəbərinə görə, hadisə Qələbə dairəsi kimi tanınan ərazidə baş verib.

Belə ki, 1974-cü il təvəllüdlü Ədalət Həmidov naməlum şəxslə əlbəyaxa dava edib. Nəticədə o bıçaqlanıb.

Yaralı xəstəxanaya yerləşdirilib.

Faktla bağlı Yasamal Rayon Polis İdarəsində araşdırma aparılır.