"Facebook" öz internet peykini yaradır


Digərləri 25 İyl 2018 01:30:00 318 0

"Facebook" öz internet peykini yaradır

"Facebook" yüksəksürətli internetə çıxışı təmin etmək üçün öz təşəbbüsünü inkişaf etdirməyə davam edir. "Wired" nəşrinin sorğusu əsasında Federal Rabitə Komissiyasından əldə edilmiş sənədlərə əsasən, həmin şirkət dünyada qlobal internetə effektiv genişzolaqlı çıxışı təmin etmək üçün öz internet peykini hazırlayır.

Son.az AZƏRTAC-a istinadən bildirir ki, "Facebook"un nümayəndəsi "Athena" adlı layihə üzərində çalışdıqlarını təsdiq edib.

"Hazırda bu layihə haqda məlumat verə bilmərik, amma peyk texnologiyalarının növbəti nəsil genişzolaqlı çıxış infrastrukturunun inkişafında mühüm rol oynayacağına inanırıq. Bu, internetin əlçatmaz olduğu regionları genişzolaqlı qoşulma ilə təmin etməyə imkan verəcək", - deyə "Facebook"un mətbuat xidmətindən bildirilib.