Heyz halında olan qadın başqasına Quran oxuya bilər?


Digərləri 24 İyl 2018 23:45:00 391 0

Heyz halında olan qadın başqasına Quran oxuya bilər?

Heyz günlərində qadına bəzi əməllər haram, bəzi əməllər isə məkruh olur. Heyzli qadın namaz qıla bilməz, bədəninin hər hansı üzvünü Quran yazısına və müqəddəs adlar yazılmış vərəqə toxundura bilməz.

Son.az islam.az-a istinadən bildirir ki, bu əməllər ona haram sayılır. Amma namaz qılmaq niyyəti etmədən, başqasına namaz qılmağı öyrətmək və əməlləri ayrı-ayrılıqda göstərmək icazəlidir. Eləcə də, Quranın yazısına toxunmadan başqasına Quran oxumağı öyrətmək də icazəli sayılır. Amma bu işi heyz günlərində etməsə, daha yaxşı olar. Çünki heyzli qadının Quranın vərəqlərinə toxunması, Quranı əlinə götürməsi və Quran oxuması məkruh sayılır. Bir daha təkar edirik ki, bu, günah deyil, arzuolunmaz əməldir.