İstirahətə gedəndə "apteçkanda" nə olmalıdır? –


Digərləri 24 İyl 2018 23:35:00 258 0

İstirahətə gedəndə "apteçkanda" nə olmalıdır? –

Uzaq ölkəyə kurorta və istirahətə, səfərə getdikdə özünlə mütləq kiçik apteçka götürməlisən. Yəni vacib dərmanları və tibbi vasitələri bir qaba yığıb çemodana qoy. Xüsusilə ailəlikcə yay istirahətinə gedənlər zədə, yanıq, zəhərlənmə, soyuqlama və digər xəra-bəladan sığortalanmadığını bilir. Düzdür səfər sığortası var. Amma təcrübə göstərir ki, xarici ölkədə, dağda, meşədə, dənizdə sığorta şirkəti ilə danışıb həkim tapana kimi gec də ola bilir. Yaxınlıqda aptek olmaya da bilər. 

Ona görə sizi xilas edəcək və tanıdığınız dərmanlardan ibarət apteçka sizi xilas edə bilər.

Son.az medicina.az-a istinadən istirahətə özünüzlə götürə biləcəyiniz dərmanları təqdim edir.

Soyuqlama, qripə qarşı

Çox adam dənizdən sonra soyuqlayır, qrip, qızdırma başlayır. Soyuqlamanı elə də müalicə etməyə gərək yoxdur, 5 günə özü çəkilir. Əsas çoxlu maye qəbul etmək lazımdır. Amma əlinizin altında bir qızdırma əleyhinə, bir burun damcısı olsa, işiniz yüngülləşər.

İbuprofen, parasematol, boğaz üçün sovurucu vasitələr, burun yumaq üçün damcı götürün.  Mütləq termometr də götürməlisiz.  ÖZünüzlə antibiotik götürməyə gərək yoxdur, çünki virus infeksiyaları və qızdırma antibiotiklə sağalmaz. Əgər hərarət düşməsə, qusma, ishal başlasa, yaxınlıqdakı təcili yardıma gedin. 

Günəşdən qorunma vasitələri

Çox isti, günəşli istirahət yerlərinə və dənizə gedəcəksizsə, günəşdən yanmaqdan qorunmaq üçün həm günəşdən qorunmaq, həm də sonrası üçün kremlər, losyonlar, mazlar, yanığa qarşı vasitələr götürün. 

Travma,zədələr üçün

Sarğı materialı, yod, bant, plastır, antiseptik, xlorqeksidin, levomikol bəs edər.

Yanıqlara qarşı