İnsanın bütün istedadları hərəkətə gələrmi?


Digərləri 24 İyl 2018 22:50:00 238 0

İnsanın bütün istedadları hərəkətə gələrmi?

İnsan ruhunun qəribə bir dünyası vardır. Aləmin ən qəribə dünyasıdır. İnsan ruhunu bir maqnitofona bənzətmək olar ki, ora kaset qoymaq olur. Ancaq insan ruhu bir kaseti deyil, milyonlarla fenomeni özündə yerləşdirə bilir. Ona görə də əgər insan ruhunu maqnitofona bənzətmək istəyiriksə, gərək o, çoxlu kasetləri səsləndirə bilən bir cihaz olsun. Ancaq bir maqnitofonda ancaq bir düyməni basanda bir kaset işləyəcəkdir və səsə gələcəkdir. Başqa düymə başqa kaseti hərəkətə gətirəcəkdir.

Mühüm olan budur ki, sizin barmağınız maqnitofonun hansı düyməsinə toxunacaqdır.

Son.az deyerler.org-a istinadən bildirir ki, insan ruhu da bəzən belədir. Allah Təala insan varlığında çox sayda istedadlar qoymuşdur. Bəşərin müəllimlərinin hər biri bu istedadlar düyməsinə basaraq, onu hərəkətə gətirərlər.

İnsan ruhunda çoxlu istedadlar gizlənmişdir. Əgər bu istedadların düyməsinə barmağınızı toxundursanız, həmin istedad hərəkətə gələcəkdir. Qalanları isə susuz və hərəkətsiz qalacaqdır. Hər bir əxlaq müəllimi bəşər ruhunun bir düyməsinə basar.

Bəs bu maqnitofonda elə bir düymə vardırmı ki, əgər onu bassan, bütün düymələr hərəkətə gələr?