Mingəçevir SES ətrafında yer və göy necə qorunur?


Digərləri 24 İyl 2018 22:16:00 382 0

Mingəçevir SES ətrafında yer və göy necə qorunur?

Ermənistanın yalançı generallarının Mingəçevir SES-ə mümkün zərbələrlə bağlı gülüş doğuran açıqlamaları populistik xarakter daşıyır.

Son.az oxu.az-a istinadən bildirir ki, bu fikirləri hərbi ekspert Üzeyir Cəfərov deyib.

Onun sözlərinə görə, birincisi, Azərbaycan hava hücumundan müdafiə sistemləri nəinki Qafqazda, eləcə də, Avropada ən güclülərdən biri sayılır.

"Hətta əgər nəzəri cəhətdən təsəvvür etsək ki, separatçılar Mingəçevir SES istiqamətində raket buraxsa, o bir neçə saniyə sonra məhv ediləcək. Bu cəfəngiyyatı demək üçün nə qədər axmaq olmaq lazımdır.

Yeravanda hamı bilir ki, bu, mümkün deyil. Nəticələrini bildiyi üçün onlar hətta Azərbaycan tərəfinə raket maketi də buraxa bilməzlər", - müsahibimiz bildirib.