Aktyorun bacısı vəzifəsinə bərpa olundu


Digərləri 24 İyl 2018 22:19:00 242 0

Aktyorun bacısı vəzifəsinə bərpa olundu

Nəsimi Rayon Məhkəməsində aktyor-rejissor Rza Rzayevin bacısı Zeynəb Rzayevanın 220 saylı məktəbdə işinə bərpa olunması ilə bağlı iddiası əsasında məhkəmə prosesi yekunlaşıb.

Son.az APA-ya istinadən xəbər verir ki, hakim Natəvan Tağıyevanın sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub. Qərara əsasən iddia təmin olunub və Z.Rzayeva 220 saylı məktəbdə direktor müavini vəzifəsi üzrə işinə bərpa olunub.