1 il ərzində 32 kq kökəlib və sonra yenə arıqlayıb


Digərləri 24 İyl 2018 22:05:00 288 0

1 il ərzində 32 kq kökəlib və sonra yenə arıqlayıb

ABŞ-da yaşayan fitnes məşqçisi Dryu Menninq öz üzərində çox maraqlı və eyni zamanda təhlükəli eksperiment aparıb.

Menninq 1 il ərzində əvvəl 32 kq artıq çəki yığıb, sonra isə bu çəkidən qurtulub.

Son.az saglamolun.az-a istinadən bildirir ki, məşqçi bunu öz müştərilərini - kök insanları daha yaxşı anlamaq üçün edib.

Çəki yığmaq üçün Dryu idman zalına getməkdən imtina edib və daim fast-fud yeməklərini yeməyə və şirin qazlı içkiləri içməyə başlayıb. Bu "üsulla" məşqçi yarım il ərzində əzələləli pəhləvandan qarınlı şişman insana çevrilib. Artıq çəki ilə birlikdə eksperimentə qədər sap-sağlam olan Menninq bir sıra sağlamlıq problemlərini də "əldə edib" - yüksək xolesterin, təzyiq, immun sisteminin zəifləməsi və s.