Xəvaricin yağış kimi yağan sualları və Həzrət Əlinin (ə) mübarək cavabları


Digərləri 24 İyl 2018 21:55:00 388 0

Xəvaricin yağış kimi yağan sualları və Həzrət Əlinin (ə) mübarək cavabları

Əsbəğ ibni Nəbatə nəql edir: "İmam Əli (ə) Kufə məscidinin minbərində xütbə oxuyurdu. O Həzrət (ə) sonra buyurdu: "Ey insanlar! Məndən soruşun, çünki mənim elmim çoxdur".

Son.az deyerler.org-a istinadən bildirir ki, bu zaman İbni Kəvva ayağa qalxdı və dedi:

"Ey Əmirəl-möminin! " وَالذَّارِيَاتِ ذَرْوً  " nə deməkdir?".

Həzrət (ə) buyurdu: "Küləklər".

Dedi: "Bəs "   فَالْحَامِلَاتِ وِقْرً " nədir?".

Buyurdu: "Buludlar".

Dedi: "Bəs "  فَالْجارِیاتِ یسْراً  " nədir?".

Buyurdu: "Yəni, gəmilər".

Dedi: "Bəs " فَالْمُقَسِّماتِ أَمْراً  " nədir?".

Buyurdu: "Mələklər".

Dedi: "Ey Əmirəl-möminin! Mən bəzi ayələri naqis hesab edirəm".

İmam (ə) buyurdu: "Anan yasına əyləşsin! Allah Kitabının ayələri bir-birini tamamlayandır, naqis deyildir. Hər nə istəyirsənsə, soruş!".

Dedi: Ey Əmirəl-möminin! Quran ayələrinin biri belə buyurur: " بِرَبِّ الْمَشارِقِ وَ الْمَغارِبِ  ".

Bir başqasında belə buyurur: "  رَبُّ الْمَشْرِقَینِ وَ رَبُّ الْمَغْرِبَینِ  "

Başqasında belə buyurur: " قالَ رَبُّ الْمَشْرِقِ وَ الْمَغْرِبِ؟! "

İmam (ə) buyurdu: "Anan yasına əyləşsin. Ey ibni Kəvva! Bu, qərbdir, bu da şərqdir.

Ancaq "  رَبُّ الْمَشْرِقَینِ وَ رَبُّ الْمَغْرِبَینِ  " bu ayə buyurur ki, qışın şərqi bir həddədir, yayın şərqi başqa həddədir. Bunu günəşin yaxın və uzaq olmasından dərk etmirsənmi?

Ancaq bu ayədə "  رَبِّ الْمَشارِقِ وَ الْمَغارِبِ  " onun 360 bürcü vardır. Bəzi günləri aydındır, bəziləri isə qaibdir. Ancaq gələn ildə həmin gündə həmin bürcə geri qayıdar.

İbn Kəvva dedi: "Ey Əmirəl-möminin! Sizin ayağınızdan İlahi ərşə qədər nə qədər fasilə vardır?".

Buyurdu: "Anan yasına əyləşsin. Öyrənmək üçün sual ver, inad etmək üçün deyil.

Mənim ayağımdan İlahi ərşə qədər fasilə - ixlasla " لا إله إلّا اللَّه " ("Lə iləhə illləllah") deməkdir".

Dedi: " لا إله إلّا اللَّه "" ("Lə iləhə illləllah") deməyin nə savabları vardır?".

Buyurdu: "Hər kim onu ixlasla deyərsə, onun günahları, ağ təsvirdə olan qara hərfin silinməsi kimi silinər. Əgər ikinci dəfə ixlascasına deyərsə, səmada mələklər bir-birinin sırasından çıxar və başqa mələklərə deyərlər: "Allahın əzəməti üçün müti olun".

Əgər bu kəlməni üçüncü dəfə ixlascasına deyərsə, ərşin altı hərəkətdən dayanar. Cəlil Allah xitab edər: "Sakit olun. İzzət və Cəlalıma and verirəm ki, deyəni hansı halda olursa-olsun, əfv edərəm"".

Sonra Həzrət (ə) bu ayəni tilavət etdi: "Elə bir Allah ki, Öz lütf və kərəmi ilə bizə daimi iqamətgah olan mənzillərdə yer verdi. Orada bizə nə bir əziyyət yetişər və nə də bir yorğunluq üz verər". ("Fatir" 35).