Namaz qılan insanı çağırsalar, nə etməlidir?


Digərləri 24 İyl 2018 21:15:00 415 0

Namaz qılan insanı çağırsalar, nə etməlidir?

Namaz bəndənin Allahla ünsiyyətidir. Hətta namazı möminin meracı adlandırmışlar. Namazı heç bir bəhanə ilə yarımçıq kəsmək olmaz. Bu, yalnız ən zəruri, həyati əhəmiyyətli hallarda icazəlidir.

Son.az islam.az-a istinadən bildirir ki, məsələn, təbii fəlakət, yanğın baş verərsə, himayəsində olan bir şəxs (məsələn, uşaq) təhlükəyə düşərsə və s. Əgər insan namaz qıldığı vaxt borclu olduğu adam gəlib çıxsa və təcili olaraq öz borcunu tələb etsə, hətta namazın bitməsini də gözləmək istəməsə, o halda namazı kəsib borcu qaytarmaq və sonra qılmaq lazımdır. Namaz qılan şəxsi kənardan kimsə çağırsa, namazı kəsə bilməz. Cavab vermək zəruridirsə, təkbirləri ucadan söyləməklə ona namaz qıldığını çatdıra bilər, namazı yalnız vacib əməllər çərçivəsində tez qılıb çağırışa cavab verə bilər.