Azərbaycanın baytar həkimləri yeniliyə imza atdı VİDEO


Digərləri 24 İyl 2018 21:16:00 401 0

Azərbaycanın baytar həkimləri yeniliyə imza atdı  VİDEO

Heyvan məhsullarından insanlara keçən bruselyoz xəstəliyinin araşdırılması zamanı qüsurların olduğu aşkar edilib.

Son.az xezerxeber.az-a istinadən bildirir ki, bunu Bakı şəhər Baytarlıq İdarəsinin müfəttişlik şöbəsinin baytar həkimi Əbülfət Alıyev deyir. Bu problemin aradan qaldırılması üçun yeni üsul təklif edilir. Yeni təklifə görə artıq bruselyoz xəstəliyinin qarşısını tam almaq mümkün olacaq. Bu, tətbiq olunacaq yeni üsul sayəsində reallaşa bilər. Belə ki, xəstəliyin müalicəsi üçün nəzərdə tutulan yeni üsula beynəlxalq patent alınıb.

Baytar həkim Əbülfət Alıyev deyir ki, bu üsül mikrobun və xəstəliyin törədicisini tam aşkar edəcək.

Baytar həkimin sözlərinə görə, hazırda tətbiq olunan diaqnostika üsullarının qüsurları ucbatından qida zəncirinin bütün həlqələrində xəstəliyin aradan qaldırlması imkan xaricindədir. Yeni üsül isə bu problemin qarşını almağa imkan yaradacaq.