Azərbaycanda pullu yollarla bağlı qərar qəbul edildi VİDEO


Digərləri 24 İyl 2018 21:17:00 362 0

Azərbaycanda pullu yollarla bağlı qərar qəbul edildi  VİDEO

Azərbaycanda pullu yolların texniki cəhətlərini müəyyən edən qərar təsdiq edilib.

Son.az xezerxeber.az-a istinadən bildirir ki, Baş nazir Novruz Məmmədovun imzaladığı qərara əsasən, avtomagistraldan ödənişli yol kimi istifadə edilməsi ilə bağlı məlumatın forması müəyyən edilib.

Yol hərəkəti üzrə ekspert Ərşad Hüseynovun sözlərinə görə, Nazirlər Kabinetinin son qərarında göstərilir ki, ödənişli yolun mövcudluğu barədə əhaliyə məlumat verilməlidir. Həmin yolun girişində lövhələr qoyulmalıdır. Daha sonra orda xüsusi texniki vasitlər olmalıdır ki, həm yerində, həm də başqa vasitələrlə ödəniş etmək mümkün olsun.

O əlavə edib ki, hansısa yolun ödənişli elan edilməsi ilə bağlı qərar ölkə başçısı tərəfindən verilir və Tarif Şurası tərəfindən həmin yol üçün alınacaq rüsum müəyyən edilir. Amma bunun olması üçün qanunvericilikdə iki əsas şərt var ki, ölkəmizdə də bu şərtlərə cavab verən yol yoxdur.