Suyu qulaqdan necə çıxartmaq olar?


Digərləri 24 İyl 2018 21:05:00 402 0

Suyu qulaqdan necə çıxartmaq olar?

Bəzən duş qəbul edəndə və ya dənizdə çiməndə qulağa su düşə bilər.

Bu hal diskomfort yaradır və həmçinin qulaq infeksiyasının riskini artırır. Bu səbəbdən suyu qulaqdan mümkün qədər tez çıxartmaq lazımdır. 

Bunun üçün bəzi sadə üsullar var. Son.az saglamolun.az-a bu üsulları təqdim edir.

1. Su olan qulağı aşağı əyin, ovucunuzla kip bağlayın və sonra əlinizi tez çəkin. Bu zaman qulaqda vakuum yaranır və bu da suyun qulaqdan çıxarmasına kömək edir.

2. Qulağınızı fenlə qurudun. Hava ilıq olmalıdır, feni qulaqdan 30 sm məsafədə saxlayın.

3. Qulağa 2 damcı spirt tökün. Spirti istifadə etdikdən əvvəl bir qədər qızdırın.

4. Su düşmüş qulağın üzərində uzanın ki, su çölə axsın.