Azərbaycanlı balet ustaları Varnada keçirilən beynəlxalq müsabiqədə iştirak ediblər (FOTO)


Digərləri 24 İyl 2018 20:51:00 310 0

Azərbaycanlı balet ustaları Varnada keçirilən beynəlxalq müsabiqədə iştirak ediblər (FOTO)

Bolqarıstanın ən böyük dəniz kurortu Varna şəhərinin “Yay teatrı”nda 28-ci Beynəlxalq Balet Müsabiqəsi keçirilib.

Bakı. Bolqarıstanın ən böyük dəniz kurortu Varna şəhərinin “Yay teatrı”nda 28-ci Beynəlxalq Balet Müsabiqəsi keçirilib. Azərbaycanın Bolqarıstandakı səfirliyindən Trend-ə verilən məlumata görə, müsabiqə UNESCO-nun himayəsi, Bolqarıstan Mədəniyyət Nazirliyinin dəstəyi və Varna Bələdiyyəsinin “Mədəniyyət” Fondunun maliyyə dəstəyi ilə təşkil olunub. Müsabiqəyə 34 ölkədən 149 iştirakçı qatılıb. Tədbirin açılışında Bolqarıstan Xalq Məclisinin sədri Tsveta Karayançeva, mədəniyyət nazirinin müavini Rumen Dimitrov, Varna meri İvan Portnix çıxış ediblər. T.Karayançeva dünyada bu qisimdə ilk müsabiqənin vaxtilə Bolqarıstan tərəfindən keçirildiyini deyib, tədbirin təşkilinə görə Varna Beynəlxalq Balet Müsabiqəsi Fonduna, şəhər bələdiyyəsinə və müsabiqənin sponsorlarına minnətdarlığını bildirib. Həmçinin müsabiqəni uğurlu karyeralar üçün başlanğıc kimi dəyərləndirib.