Azərbaycanda Çili səfirliyi açılacaq


Siyasət 24 İyl 2018 20:47:00 301 0

Azərbaycanda Çili səfirliyi açılacaq

Azərbaycanda Çili səfirliyi açılacaq.

Son.az Trend-ə istinadən bildirir ki, bunu Kolumbiyanin Azərbaycandakı müvəqqəti işlər vəkili Marta Qalindo Kolumbiyanın müstəqillik günü ilə bağlı keçirilən tədbirdə deyib.

Onun sözlərinə görə, ötən il Azərbaycanda Perunun səfirliyi açılıb, bu ilin ikinci yarısında isə Çili səfirliyinin açılması gözlənilir.

M.Qalindo deyib ki, Azərbaycan Latın Amerikası ölkələri ilə qarşılıqlı əməkdaşlığı inkişaf etdirir.