Bərdədə maşın mikroavtobusla toqquşdu:


Digərləri 24 İyl 2018 19:56:00 250 0

Bərdədə maşın mikroavtobusla toqquşdu:

Bərdə rayonunun Alaçadırlı kəndi ərazisində yol-nəqliyyat hadisəsi baş verib.

DİN-dən Son.az-a verilən məlumata görə, iyulun 23-də saat 11 radələrində Bərdə rayonunun Alaçadırlı kəndi ərazisində kənd sakini Maarif Heydərovun idarə etdiyi "VAZ-2107" və Laçın rayon sakini Böyükkişi Şirinovun idarə etdiyi "Mercedes" markalı (mikroavtobus) avtomobillər toqquşub.

Nəticədə M.Heydərov hadisə yerində ölüb.