Məmmədyarov Ermənistan XİN rəhbəri ilə növbəti görüşün İLKİN VAXTINI açıqladı


Siyasət 24 İyl 2018 19:26:00 353 0

Məmmədyarov Ermənistan XİN rəhbəri ilə növbəti görüşün İLKİN VAXTINI açıqladı

Azərbaycan və Ermənistan xarici işlər nazirləri sentyabrda görüşə bilər.

Son.az Trend-ə istinadən bildirir ki, bunu Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Bakıda səfərdə olan türkiyəli həmkarı Mövlud Çavuşoğlu ilə birgə mətbuat konfransında deyib.

Nazir qeyd edib ki, Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin növbəti görüşü planlaşdırılır: "Vaxt lazımdır ki, həmsədrlər hər şeyi dərindən öyrənsinlər. Amma artıq razılığa gəlmişik ki, sentyabrda növbəti görüş olsun. Təklif vardı ki, BMT Baş Assambleyasının iclası çərçivəsində, ya da ondan əvvəl görüş olsun. Azərbaycan adından hazır olduğumuzu bildirdim və dedim ki, nəticəli danışıqlar olsun".

O ki qaldı yüksək səviyyəli görüşə, E.Məmmədyarov bildirib ki, Ermənistan tərəfi bunun üçün vaxt istəyib.