"Azərbaycan digər ölkələrdən fərqli olaraq, FETÖyə qarşı zamanında tədbirlər gördü"


Siyasət 24 İyl 2018 18:59:00 249 0

"Azərbaycan digər ölkələrdən fərqli olaraq, FETÖyə qarşı zamanında tədbirlər gördü"

Azərbaycan digər ölkələrdən fərqli olaraq, FETÖ-yə qarşı vaxtında tədbirlər gördü.

Son.az Trend-ə istinadən bildirir ki, bunu Azərbaycanda səfərdə olan Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu mətbuat konfransında deyib.

Nazir bildirib ki, FETÖ terror təşkilatı maliyyələşdirdiyi məktəblər vasitəsilə ölkələrə sızmağa çalışır:

"Bəzi ölkələr bu məsələdə gecikib və FETÖ həmin ölkələrə nüfuz edib. Lakin Azərbaycan zamanında tədbirlər gördü. Biz bundan sonra da FETÖ-yə qarşı mübarizədə Azərbaycana dəstək göstərəcəyik".

O qeyd edib ki, Azərbaycan FETÖ-yə qarşı mübarizədə Türkiyənin yanında olan birinci ölkədir.