Tramp: "İran ABŞı təhdid etməyə davam etsə, əziyyət çəkəcək"


Dünya 24 İyl 2018 18:48:00 259 0

Tramp: "İran ABŞı təhdid etməyə davam etsə, əziyyət çəkəcək"

"İran ABŞ-ı təhdid etməyə davam edərsə, bunun nəticəsindən əziyyət çəkəcək".

Son.az Trend-ə istinadən xəbər verir ki, bunu ABŞ Prezidenti Donald Tramp bəyan edib.

D.Tramp "Twitter" səhifəsində yazıb: "İran Prezidenti Həsən Ruhani, ABŞ-ı bir daha təhdid etməyin, yoxsa bunun nəticəsindən elə əziyyət çəkəcəksiniz ki, bütün tarixiniz boyu beləsini görməmisiniz. Biz artıq sizin sərsəm sözlərinizə dözəcək ölkə deyilik. Ehtiyatlı olun!".