Ronaldo Juventus-a Barcelona-nın futbolçusunu məsləhət görüb


İdman 24 İyl 2018 18:40:00 291 0

Ronaldo Juventus-a Barcelona-nın futbolçusunu məsləhət görüb

Barcelona-nın yarımmüdafiəçisi Andre Qomeş karyerasını İtaliyada davam etdirə bilər. Goal.az xəbər verir ki, onun xidmətində Juventus maraqlıdır. Yerli mətbuatın yaydığı məlumata görə, bu transferi rəhbərlikdən Kriştianu Ronaldo istəyib. Ronaldo hesab edir ki, Qomeş “qoca senyora”da potensialını tam nümayiş etdirə bilər. Juventus rəhbərliyi yaxın günlərdə portuqaliyalı havbeklə bağlı qarşı tərəfə rəsmi təklif göndərəcək. Bir müddət əvvəl mətbuatda yayılan məlumatda bildirilirdi ki, Andre Qomeş Tottenham-ə keçə bilər.