Qarabağ bu transferi rəsmiləşdirdi


İdman 24 İyl 2018 18:20:00 299 0

Qarabağ bu transferi rəsmiləşdirdi

2018/19 mövsümü üçün transfer çalışmalarını davam etdirən “Qarabağ" klubu daha bir futbolçunu heyətinə qatıb. Goal.az xəbər verir ki, Ağdam təmsilçisi konqolu hücumçu Con Delarjla 3 (2+1) illik müqavilə imzalayıb.

Delarj karyerasına Kamerunun “Union Duala” klubunda başlayıb. Daha sonra “Dunayska Streda” (Slovakiya), “Slovan” (Liberets, Çexiya), “Admira” (Avstriya) və “Osmanlıspor” (Türkiyə) komandalarında oynayıb. 28 yaşlı forvard son olaraq Türkiyə təmsilçisi “Bursaspor”da çıxış edib. Konqo yığmasının heyətində 12 oyuna çıxan Delarj 1 qolla yadda qalıb.