Dövlət qurumlarının rəhbərləri "Sınıq Körpü" sərhəd-keçid məntəqəsindəki mövcud vəziyyətlə tanış olub (FOTO)


Digərləri 24 İyl 2018 18:10:00 260 0

Dövlət qurumlarının rəhbərləri "Sınıq Körpü" sərhəd-keçid məntəqəsindəki mövcud vəziyyətlə tanış olub (FOTO)

Səfər çərçivəsində "Sınıq Körpü" sərhəd-keçid məntəqəsinin infrastrukturunun təkmilləşdirilməsi prosesində görüləcək işlər barədə müzakirələr aparılıb.

Bakı. Dövlət Gömrük Komitəsinin sədri, gömrük xidməti general-leytenantı Səfər Mehdiyev, Dövlət Sərhəd Xidmətinin rəisi, general-polkovnik Elçin Quliyev, Dövlət Miqrasiya Xidmətinin rəisi Vüsal Hüseynov və Azərbaycan Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev Azərbaycanın Gürcüstanla dövlət sərhədində yerləşən "Sınıq Körpü" sərhəd-keçid məntəqəsində mövcud vəziyyətlə tanış olublar. Trend-in məlumatına görə, qurum rəhbərləri sərhəd-keçid məntəqəsində mövcud vəziyyəti müzakirə edib, eyni zamanda, vətəndaşlar və sürücülərlə görüşərək sərhədkeçmə prosesindəki vəziyyətlə bağlı onların rəy və təkliflərini dinləyiblər. Səfər çərçivəsində "Sınıq Körpü" sərhəd-keçid məntəqəsinin infrastrukturunun təkmilləşdirilməsi prosesində görüləcək işlər barədə müzakirələr aparılıb. Qurum rəhbərləri xidmət səviyyəsinin yüksəldilməsi, sərhəd-keçid məntəqəsində baş verən sıxlıqların gələcəkdə təkrarlanmaması üçün aparılacaq yenidənqurma işlərinin səmərəliliyinin təmin olunması, sərhədkeçmə prosesinin sürətli, şəffaf və maneəsiz şəkildə həyata keçirilməsinə dair tapşırıq və tövsiyələrini veriblər. Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin